AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib

01.07.2024 / Maraqlı məlumatlar
OpenAI şirkəti CriticGPT adlı yeni süni zəka modelini təqdim edib. Bu, ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarında səhvlərin aşkar edilməsi üçün nəzərdə tutulmuş süni zəka modelidir. CriticGPT öz növbəsində ChatGPT tərəfindən tərtib edilən proqram təminatı kodlarını yoxlayan şəxslər üçün alqoritmik köməkçi rolunda çıxış edəcək. Yəni o, bir növ həmin şəxslər üçün süni zəka əsaslı köməkçi rolunu oynayacaq. GPT-4 əsasında çalışan CriticGPT proqram təminatı kodunu analiz edərək onda potensial səhvləri aşkara çıxarır. Bu isə öz növbəsində proqram təminatı kodları ilə məşğul olan mütəxəssislərin işlərini asanlaşdıra bilər. CriticGPT kod nümunələrinə sahib məlumatlar əsasında təlimatlandırılıb.
   
Təlimatlandırılma prosesində istifadə edilmiş məlumatlara bilərəkdən səhvlər əlavə edilib ki, süni zəka modeli proqram təminatı kodlarındakı səhvləri analiz edərək onları aşkara çıxara bilsin. Aparılmış təcrübələr çərçivəsində məlum olub ki, CriticGPT proqram təminatı koduna bilərəkdən əlavə edilmiş və təbii yolla ortaya çıxmış səhvləri təyin edə bilir. Digər süni zəka modelləri kimi CriticGPT də məhdudiyyətlərə sahibdir. Sözügedən süni zəka modeli ChatGPT-nin qısa cavabları əsasında təlimatlandırılıb. Buna görə də CriticGPT daha qəliz tapşırıqların öhdəsindən gəlməyə bilər. Mütəxəssislər etiraf ediblər ki, CriticGPT kodun müəyyən kiçik hissəsində ola biləcək hər hansısa səhvin təyin edilməsində daha effektivdir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi