
AMEA-nın magistrantlarının qış imtahan sessiyası başlamışdır
08.01.2018 / Xəbərlər
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 20 dekabr 2017-ci il tarixli 793 №-li “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncamına əsasən magistrantların 2017/2018-ci tədris ili üzrə qış imtahan sessiyası 2017-ci il dekabrın 29-dan 2018-ci il fevralın 2-dək keçiriləcək.
İdarəetmə Sistemləri İnstitutunda 060509- “Kömpüter elmləri” ixtisası üzrə təhsil alan 6 magistrant və 060628- “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 1 magistrant sessiya imtahanlarında iştirak edir.
| İmtahan keçiriləcək fənnlərin adı | İmtahanın keçirilmə tarixi | İmtahanın keçirilmə vaxtı |
| "KOMPÜTER ELMLƏRİ” ixtisası üzrə | ||
| Qrup 509.1-16 | ||
| Optimal idarəetmə məsələlərinin həll üsulları | 08.01.2018 | Saat 11:00 |
| İntellektual idarəetmə sistemləri | 12.01.2018 | Saat 11:00 |
| İnformasiya sistemlərinin müasir texniki vasitələri | 17.01.2018 | Saat 11:00 |
| İdarəetmədə neyron şəbəkə və qeyri-səlis sistemlər | 22.01.2018 | Saat 11:00 |
| İntellektual informasiya texnologiyaları | 26.01.2018 | Saat 11:00 |
| Qrup 509.1-17; 509.3-17; 509.7-17 | ||
| İdarəetmədə diaqnostika məsələləri | 08.01.2018 | Saat 11:00 |
| Biznes proseslərinin idarə edilməsində riyazi və proqram vasitələri | 08.01.2018 | Saat 11:00 |
| Qrup 509.1-17; 509.3-17; 509.5-17; 509.7-17 | ||
| İnformasiya texnologiyalarının tarixi və metodologiyası | 15.08.2018 | Saat 11:00 |
| Müasir proqramlaşdırma texnologiyaları | 22.01.2018 | Saat 11:00 |
| İdarəetmə sistemlərinin müasir problemləri | 26.01.2018 | Saat 11:00 |
| İdarəetmədə paylanmış informasiya sistemləri | 30.01.2018 | Saat 11:00 |
| "PROSESLƏRİN AVTOMATLAŞDIRILMASI MÜHƏNDİSLİYİ” ixtisası üzrə | ||
| Qrup 628.1-16 | ||
| Əməliyyatların tədqiqi və müasir optimallaşdırma üsulları | 08.01.2018 | Saat 11:00 |
| Texnoloji proseslərin avtomatlaşdırılmasının layihə və sintezinin müasir üsulları | 11.01.2018 | Saat 11:00 |
| Optimizasiya məsələlərinin həll üsulları | 15.01.2018 | Saat 11:00 |
| Avtomatik idarəetmə nəzəriyyəsi | 18.01.2018 | Saat 11:00 |
| Avtomatikanın müasir texniki vasitələri | 22.01.2018 | Saat 11:00 |


