AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Venera atmosferində bioloji həyata işarə edən qazlar yenidən aşkar edilib

19.07.2024 / Xəbərlər

Alimlər bildiriblər ki, yerüstü teleskoplar vasitəsilə Venera planetinin yeni müşahidəsi nəticəsində onlar bu planetin atmosferində iki qazı aşkar ediblər. Söhbət, fosfin və ammonyakdan gedir. Bu qazlar isə Venera planetinin atmosferində potensial bioloji həyat növünün mövcudluğuna işarə edirlər. Qeyd etmək lazımdır ki, Veneranın səthində temperatur o qədər yüksəkdir ki, orda hətta metallar belə əriyir. Onun atmosferi isə olduqca zəhərlidir. Yəni bu planet həyat üçün münbit şəraitə sahib deyil. Lakin bununla belə onun buludlarında bioloji həyat növü mövcud ola bilər. Veneranın atmosferində fosfin qazının aşkar edilməsi ilə bağlı xəbərlər daha öncə də ortaya çıxmışdılar.
Lakin nəticədə daha öncə bunun təsdiqinə dair heç bir sübut təqdim edilmədi. Yeni araşdırmanı aparmış alimlər isə bildiriblər ki, planetin atmosferində fosfin mütləq şəkildə mövcuddur. Qeyd etmək lazımdır ki, Yer kürəsində fosfin qazı aşağı səviyyədə oksigenə sahib mühitdə yaşayan bakteriyalar tərəfindən ifraz edilir. Buna görə də fosfin qazı bioloji həyat növünün mövcudluğunu irəli sürən faktorlardan biridir. Alimlər Venera atmosferində fosfinin necə formalaşdığını dəqiq şəkildə bilmirlər. Yəni bu qaz potensial olaraq bakteriyalar tərəfindən ifraz edilə və ya bilinməyən kimyəvi reaksiyalar vasitəsilə formalaşa bilər.
Bununla yanaşı alimlər bildiriblər ki, Venera atmosferində fosfinlə yanaşı üstəlik ammonyak da mövcuddur. Yer kürəsində ammonyak əsasən canlı orqanizmlər tərəfindən ifraz edilir. Bu qazın Venera atmosferində mövcudluğunu isə atmosfer və geoloji proseslərlə əlaqələndirmək hələ mümkün deyil. Venera atmosferində bu qazların potensial mövcudluqları orda bioloji həyat növünün dəqiq şəkildə mövcud olmasına dair mövzuda hələ sübut kimi istifadə edilə bilməz. Alimlərin sözlərinə əsasən yeni araşdırmalar uzaq keçmişdə Venerada bioloji həyatın formalaşaraq inkişaf etməsi ehtimalını yüksəldir.
Bununla belə planetin atmosferində bakteriyaların mövcud olmaları ehtimalı da olduğu kimi qalır. Qeyd etmək lazımdır ki, Veneranın səthində temperatur 450 dərəcə Selsiyə çatır. Yəni qurğuşun və sink onun səthində rahatlıqla əriyə bilirlər. Üstəlik planetin səthində təzyiq göstəricisi Yer kürəsindəkindən 90 dəfə daha yüksəkdir. Planetin atmosferi isə zəhərli kükürd ilə zəngindir. Lakin Veneranın səthindən 50 km yüksəklikdə temperatur və təzyiq göstəriciləri Yer kürəsindəki göstəricilərə bərabərdir. Məhz bu cür yüksəklikdə bioloji həyat növünün mövcudluğu mümkün görünür.

 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi