AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!

24.07.2024 / Xəbərlər

Alimlər, Günəş sisteminin ikinci planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementləri aşkar ediblər.
Alimlər, Veneranın buludlarında ammonyakın olduğunu və buna görə də orada yadplanetli orqanizmlərin ola biləcəyini proqnozlaşdırırlar. Bu açıqlamadan sonra Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi kimi qurumlar: Venera ilə daha çox maraqlanmağa başlayıblar. Astronomlar, Havaydakı James Clerk Maxwell Teleskopunun (JCMT) Venera layihəsindən və ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) 1978-ci ildə buraxılmış "Pioneer Venus 2" atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar.Araşdırmada təqribən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı və ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib. Londra Imperial College-dən Dr. Dave Clements və komandası fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün JCMT-Venera layihəsi məlumatlarından istifadə ediblər. Clements, qeyd edib ki, onlar Pioneer Venus zond məlumatlarına uyğun olaraq təxminən 55, 56, 57 kilometr yüksəkliklərdə milyonda bir hissə səviyyəsində fosfin aşkar ediblər.
Clements, açıqlamada "Veneranın atmosferində qəribə şeylər var. Fosfin yeni ortaya çıxan bir maddədir. Bundan əlavə, atmosferdə su və kükürd dioksidin miqdarı zamanla dəyişir. Səbəbi isə bilinmir" sözlərini deyib. Dəyişikliklər geniş miqyasda müşahidə edilmir, lakin məlumdur ki, onlar günlərdən illərə qədər müxtəlif zaman dövrlərində dəyişir. Qrup həmçinin Pioneer Venus 2 zondlarından əldə edilən məlumatları əsasında buludlarda ammonyakın ola biləcəyinə dair tapıntılar da əldə edib. Qayalı planetdə ammonyakın olması güclü bioloji imza hesab olunur. Tapıntı, Venerada həyatın olduğunu tam sübut etməsə də, alimlər burada ammonyakın necə əmələ gəldiyini anlamağa çalışırlar.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi