AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqatçılar üçün 2024-cü ilin ən yaxşı tətbiqləri – ARAŞDIRMA

26.07.2024 / Maraqlı məlumatlar

Yeni texnologiyaların təkamülü demək olar ki, bütün sahələrdə, o cümlədən araşdırma sahəsində rəqəmsal transformasiyaya səbəb olub. Zamanla texnologiyanın inkişafı alimlərin tədqiqat aparma, tədqiqatlarını sənədləşdirmə və əməkdaşlıq etmə tərzini də dəyişib.

Rəqəmsal transformasiya sürətləndikcə tədqiqatçılar artıq iş prosesini sadələşdirməyə və məlumat mübadiləsini asanlaşdırmağa yönəlmiş çoxsaylı proqramlara daxil ola bilərlər. Bu proqramlar alimlərin, həmçinin gənc tədqiqatçıların tədqiqat aparma və məlumatlarını bölüşmə üsullarını təkmilləşdirmək potensialına malikdir.

Akademiklər artıq karyeralarına başlayanda onlayn resurslar vasitəsilə yeni əməkdaşlıq istiqamətlərinə etibar edə bilirlər. Xüsusilə SSRN, Mendeley və s. kimi şəbəkələr tədqiqatçılara əməkdaşlığın artırılması üçün işlərini bölüşmək imkanı yaradır və tədqiqat işi üçün tələb olunan ekspert rəyi prosesini asanlaşdırır.

“Azərbaycan müəllimi” 2024-cü ildə tədqiqatçılar üçün əlçatan olan ən yaxşı proqramları təqdim edir:

1) Fourwaves - tədqiqatçılar üçün nəzərdə tutulan idarəetmə proqramıdır. Pulsuz veb tətbiqi tam şəkildə veb saytı yaratmağa, mücərrəd təqdimatları, ekspertlərin rəylərini idarə etməyə, virtual tədbir sessiyalarına ev sahibliyi etməyə, qeydiyyatları idarə etməyə və s. imkan verir.

Bu proqram elmi konfransları təşkil etməyin ən asan yoludur. Fourwaves yalnız şəxsi tədbirlər üçün deyil, həm də hibrid və virtual konfranslar üçün istifadə edilə bilər. Burada canlı yayımlara daxil olmaq, söhbət etmək və ya digər iştirakçılara zəng etmək və virtual poster sessiyalarında iştirak etmək üçün tam virtual məkan təklif edilir.

İştirakçılara kütləvi e-poçt göndərmək, avtomatik olaraq tədbir cədvəlini yaratmaq və ya ad etiketlərini çap etmək mümkündür.

2) R Discovery - tədqiqatçılara işinə ən uyğun olan məqalələri tapmaq və daimi çatdırmaqla akademik tədqiqat resurslarının hər birinə çatmaq üçün vaxta qənaət etməyə imkan verən pulsuz proqramdır. Proqram 96 milyondan çox tədqiqat məqaləsini idarə edir.

Proqram yalnız mobildir, mobil istifadə üçün Google Play (Android) və Apple App Store-da (İOS) yükləmək mümkündür.

3) LabArchives - tədqiqatçılara laboratoriyalarında məhsuldarlığı artırmaq üçün işlərini və qeydlərini təşkil etməyə kömək edən, rəqəmsal laboratoriya kimi fəaliyyət göstərən veb əsaslı proqramdır. İstifadəçilər qeydlər etmək, şəkilləri və məlumatları saxlamaq üçün LabArchives-ə daxil ola və bütün materiallarına sadə giriş üçün axtarış funksiyasından istifadə edə bilərlər. Platformanın daha təkmil istifadə və əməkdaşlıq üçün Premium və Enterprise versiyaları olsa da, fərdlər və kiçik komandalar hələ də limitsiz tətbiqdən və 1 GB yaddaşdan ibarət pulsuz versiyaya daxil ola bilirlər.

4) Typeset - tədqiqatçılara tədqiqat işlərini yazmaq, əməkdaşlıq etmək, onları formatlaşdırmaq və nəşrə təqdim etməkdə kömək etmək üçün yaradılmış veb əsaslı proqramdır. Typeset tədqiqat işlərini lazım olan platformalara yükləməyə və təqdimatları yenidən formatlamaq üçün süni intellektdən istifadə etməyə imkan verir.

Typeset Mendeley, Zotero, Paperpile və s. kimi istinad idarəetmə proqramları ilə birgə problemsiz işləyir. İstifadəçilərə 45.000-dən çox təsdiqlənmiş jurnal formatı arasından seçim etməyə və işlərini Word, LaTex və PDF formatlarında çap etməyə imkan verir.

Typeset Apple və ya Android cihazları üçün mobil proqramlar təklif etmir. Aylıq həm pulsuz, həm də 20 dollara qədər müxtəlif abunəliklləri mövcuddur.

5) eLabJournal - tədqiqatların ümumi məzmununda məhsuldarlığı və səmərəliliyi artırmaq, habelə məlumatların təşkili və yerləşdirilməsi, tədqiqatçıların öz həmkarları ilə əməkdaşlıqlarını sadələşdirmək üçün nəzərdə tutulub.

Bu, Google Play və Apple App Store-da mobil versiyaları mövcud olan veb əsaslı proqramdır. Akademik araşdırmaçılar eLabJournal-a ayda 15,55 dollara abunə ola bilərlər, digər istifadəçilərdən isə ayda 41,95 dollar alınır.

6) Researcher - proqramı tədqiqatçıların araşdırmalarına uyğun akademik məqalələri tapmasını asanlaşdırmaq üçün yaradılıb. Proqram elmi rəydən keçmiş akademik jurnallar, bloqlar, podkastlar və canlı hadisələrin qeydləri daxil olmaqla 19 000-dən çox mənbəni birləşdirir. Həmçinin elm adamlarına hər hansı bir tədqiqat və ya maraq sahəsi ilə bağlı yaranan tendensiyalardan xəbərdar olmağa kömək edir.

Researcher yaradıcıları iddia edirlər ki, onların tətbiqi sosial media kimidir, lakin onun daha yaxşı versiyasıdır. Tətbiqdən istifadə etmək pulsuzdur və onu mobil telefonlar vasitəsilə yükləmək mümkündür.

Yuxarıda sadalanan proqramlar tədqiqat işi ilə maraqlanan gənclərə, bu işlə mütəmadi məşğul olan tədqiqatçılara işlərində daha səmərəli olmağa, öz həmkarları ilə daha yaxşı əməkdaşlıq qurmağa kömək edə bilər.

 

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi