AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA, ilk dəfə olaraq, lazer texnologiyası ilə kosmosa 4K video göndərib!

26.07.2024 / Xəbərlər

Kosmik missiyalar üçün çox faydalı ola biləcək lazer rabitə texnologiyası üzərində işləyən NASA, eksperimentlər çərçivəsində bir təyyarədən Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4K video yayım gerçəkləşdirib. NASA tərəfindən yazılı şəkildə verilən açıqlamada "Bu nailiyyət Artemis missiyaları zamanı Ayda astronavtların canlı video görüntülərini təmin edə biləcək yeni texnologiya üzrə bir sıra sınaqların bir hissəsidir." deyə bildirilib. NASA-da işləyən komandalar, kosmosdan məlumat göndərmək və qəbul etmək üçün radio dalğalarından istifadə edirlər. Lakin lazer rabitə texnologiyası, infraqırmızı işıq sayəsində məlumatların radiotezlik sistemlərindən 10 və ya 100 dəfə daha sürətli ötürülməsinə imkan verir. 

NASA, bu missiya üçün müvəqqəti olaraq Pilatus PC-12 təyyarəsinin gövdəsinə portativ lazer terminalı quraşdırıb və daha sonra isə Erie gölünün üzərindən uçaraq təyyarədən Cleveland-dəki optik yer stansiyasına məlumat göndərib. Bu məlumatlar, Yerdəki şəbəkə vasitəsilə NASA-nın New Mexico ştatının Las Cruces şəhərindəki White Sands Test Təsisinə göndərilib və burada elm adamları, infraqırmızı işıq siqnallarından istifadə edərək məlumatları yönləndirib. Siqnallar Yerdən NASA-nın orbitdəki eksperimental platforması olan Laser Communications Relay Demonstration-ə (LCRD) qədər təxminən 35.000 kilometr məsafə qət edib. LCRD, daha sonra siqnalları orbitdəki laboratoriyada quraşdırılmış ILLUMA-T (Integrated LCRD LEO User Modem and Amplifier Terminal) yükünə ötürüb. Bu yük də məlumatları Yerə geri göndərib.

Təcrübələr zamanı Glenn-də hazırlanmış yeni sistem olan Yüksək Sürətli Gecikməyə Dözümlü Şəbəkə (HDTN), siqnalın bulud örtüyünə daha effektiv şəkildə nüfuz etməsinə kömək edib. Dr. Daniel Raible açıqlamasında “Artemis missiyasındakı astronavtlarımız üçün HD video konfransı kimi ekipajın rifahı və fəaliyyət koordinasiyası üçün vacib olacaq imkanları təmin etmək üçün indi kosmik stansiyaya 4K HD video axınının uğuruna əsaslana bilərik.” deyə bildirib.

 

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi