28 tələbə təqaüd proqramı çərçivəsində Çində təhsil alacaq
06.08.2024 / XəbərlərHökumətlərarası Təqaüd Proqramı çərçivəsində 28 nəfər Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ilində Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Tələbələr kimya mühəndisliyi, kiberməkan elmi və texnologiyası, ətraf mühüt elmləri və yeni enerji texnologiyaları, hüquq , iqtisadiyyat, kənd təsərrüfatı iqtisadiyyatı, dövlət idarəçiliyi, biofizika, mikrobiologiya, neyrocərrahiyyə və digər ixtisaslar üzrə bakalavriat (3 nəfər), magistratura (21 nəfər) və doktorantura (4 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.
Qeyd edək ki, təqaüd proqramına qəbul “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi