Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
27.03.2018 / Dissertasiya şurasının iclasları27 mart 2018-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda r.e.d., professor K.Ş. Məmmədovun rəhbərliyi ilə Məmmədova Ayla Hüseyn qızının riyaziyyət üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Əmsalları intervallar şəklində verilən tamədədli proqramlaşdırma məsələlərinin suboptimist və subpessimist həllərinin qurulması üsulları" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir.