AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

29.08.2024 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Dinamik sistemlərin kompüter modelləşdirilməsi laboratoriyasının müdiri, texnika elmləri doktoru, professor Allahverdi Biyakir oğlu Həsənov 29 avqust 2024-cü il tarixində vəfat edib.

 

Allahverdi Həsənov 16 fevral 1957-ci ildə Şəki rayonun Kiş kəndində anadan olub. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1978-ci ildə ali təhsilini uğurla başa vurmuşdur. Həmin ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda (indiki AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu) riyazi modelləşdirmə üzrə xüsusi konstruktor bürosunda çalışmışdır. 1992-ci ildən isə AMEA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) əmək fəaliyyətinə davam etmiş, sektor və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

 

A.Həsənov 1984-cü ildə “Qeyri-stasionar termoözlüelastik  dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, 2005-ci ildə “Mexaniki  sistemlərin  xarici  qeyri-stasionar təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 2013-cü ildə isə professor elmi rütbəsini almışdır.

 

Görkəmli alimin rəhbərliyi ilə mürəkkəb reologiyalı mühitlərdə qeyri-stasionar özlü-elastik termomexaniki dalğaların yayılması proseslərinin ümumi riyazi modeli işlənmiş, bu mühitlərdə yerləşmiş mexaniki və ekoloji sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləri yaradılmış, texniki obyektlərin keyfiyyət və istismar xarakteristikalarının operativ monitorinqi və uzunmüddətli proqnozlaşdırılması sahələrində mühüm elmi nəticələr əldə edilmişdir.

 

A.Həsənovun ümumilikdə 200-dən çox elmi əsəri nəşr olunmuşdur. Professorun rəhbərliyi altında fəlsəfə doktoru alimlik dərəcəsi üzrə dissertasiya işləri uğurla müdafiə olunmuşdur. Pedaqoji fəaliyyətlə məşğul olan alim  Bakı Dövlət Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində professor vəzifəsində çalışmışdır.

 

Mənalı ömrünü elmin inkişafına həsr etmiş dəyərli alim Allahverdi Həsənovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi