AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA İdarəetmə Sistemləri İnstitutunun veb-saytının yeni versiyası təqdim olundu

06.04.2018 / Xəbərlər

Aprelin 6-da AMEA İdarəetmə Sistemləri İnstitutunda bu qurumun rəsmi veb-saytının, həmçinin institutun direktoru, akademik Telman Əliyevin elmi fəaliyyətini əks etdirən veb-saytın yeni versiyasının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş nitqi ilə açan AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev institut və təşkilatların fəaliyyətinin geniş təbliğində saytların böyük rola malik olduğunu bildirdi. Qeyd etdi ki, yüksək peşəkarlıqla hazırlanmış, müasir tələblərə cavab verən veb-saytlar qurumun güzgüsü rolunu oynamaqla yanaşı, onun beynəlxalq layihələrdə iştirakına geniş imkanlar yaradır. Alim hər iki veb-saytın yeni versiyasının yüksək səviyyədə təşkil olunduğunu söylədi, saytların zəruri məlumatlarla təmin olunması və institutun fəaliyyətinin operativ işıqlandırılmasının zəruriliyini vurğuladı.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək AMEA Rəyasət Heyəti tərəfindən akademiyanın institut və təşkilatlarının veb-saytlarının müvafiq standartlara, eləcə də beynəlxalq, texnoloji, hüquqi və korporativ tələblərə uyğun hazırlanmasına böyük əhəmiyyət verildiyini, bu məqsədlə müvafiq qərarların qəbul olunduğunu söylədi. Alim hazırda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarından ibarət Monitorinq qrupu tərəfindən mütəmadi olaraq akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqlərinin aparıldığını nəzərə çatdırdı.

Qeyd etdi ki, bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyət kəsb edir və alimlərimizin fəaliyyəti, onların aldıqları elmi nəticələrə dair məlumatlar bu saytlar vasitəsilə operativ olaraq yayımlanır: “Bu isə, öz növbəsində, əldə olunan elmi nailyyətlərin kommersiyalaşdırılmasının sürətləndirilməsi baxımından geniş imkanlar açır”.

R.Ələkbərov bildirdi ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış “www.isi.az” və “www.telmanaliev.az” veb-saytları AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılmış, təhlükəsizlik təmin olunmuşdur. Məruzəçi, həmçinin saytın AzScienceNet elm kompüter şəbəkəsinin Data mərkəzində yerləşdirildiyini söylədi.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Yusif Sadıyev “www.isi.az”, saytının strukturu haqqında ətraflı məlumat verdi. Üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytda “İnstitut haqqında”, “Xəbərlər”, “Elmi fəaliyyət”, “Dissertasiya Şurası”, “İnnovasiya fəaliyyəti”, “Beynəlxalq əməkdaşlıq” və digər bölmələrin, “Elanlar” blokunun yer aldığını, institutda keçirilən mühüm tədbirlərin “Fotoqalereya” və “Videoqalereya” bölmələrində öz əksini tapdığını qeyd etdi. Veb-resursun sadə və genişləndirilmiş axtarış sisteminə malik olduğunu bildirən Y.Sadıyev internet-resursda “Faydalı keçidlər” və sosial şəbəkələrə keçidlərin mövcud olduğunu söylədi.

Daha sonra proqramçı Sərxan Yolçuyev akademik Telman Əliyevin elmi fəaliyyətini əks etdirən “www.telmanaliev.az” saytının yeni versiyasını təqdim etdi. Ən son texnologiyalar əsasında yaradılmış veb-saytın “Haqqında”, “Elmi əsərlər”, “Kadr hazırlığı”, “Layihələr”, “Patentlər”, “Mükafatlar”, “Elmi nəticələr”, “Tətbiq işləri”, “Xəbərlər”, “Qalereya” və digər bölmələri barədə məlumat verən məruzəçi saytın 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərdiyini bildirdi. Həmçinin saytda “RNM ASP Stansiyaları”, “Kitablar”, “Videoqalereya” bölmələrinin və geniş axtarış sisteminin mövcud olduğunu söyləyən S.Yolçuyev veb-saytda yerləşdirilmiş bütün məlumatların saytın adminsitratoru tərəfindən idarə olunduğunu diqqətə çatdırdı.

Təqdimatdan sonra müzakirələr aparıldı, suallar cavablandırıldı.

Daha sonra institutun əməkdaşı Vüsal Məmmədova hər iki veb-saytın idarə olunması üzrə təlim kursunu müvəffəqiyyətlə başa vurduğuna görə AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən sertifikatlar təqdim olundu.

Sonda çıxış edən akademik Telman Əliyev veb-saytların yaradılmasında göstərdikləri köməyə görə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə və institutun əməkdaşlarına öz təşəkkürünü bildirdi.

link: ict.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi