Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
27.02.2018 / Dissertasiya şurasının iclasları27 fevral 2018-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 1.121 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda t.e.d., professor, AMEA-nın mühbir üzvü A.Z. Məlikovun rəhbərliyi Bağırova Sevinc Ələkbər qızının texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi “Qarşılaşan axınları olan kütləvi xidmət sistemlərinin tədqiqi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilib.