AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq elmi konfransda iştirak edib

12.09.2024 / Mühüm xəbərlər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev  10-12 sentyabr 2024-cü il tarixlərində Belarusun Minsk şəhərində “Белорусская Транспортная Неделя - 2024” çərçivəsində keçirilən “Nəqliyyat və logistika fəaliyyətinin rəqəmsal transformasiyası: vəziyyət və perspektivlər” (Цифровая трансформация ТЛД: состояние и перспективы) adlı beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

 

T.Babayev konfransda “Azərbaycan Respublikasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin milli seqmentinin rəqəmsallaşdırılmasına yanaşmalar” adlı təqdimatla çıxış edib. Alim, həmçinin “Yük daşımalarının inkişafı, “Şimal-Cənub” və “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin rəqəmsallaşdırılması” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

 

Belarus nəqliyyat həftəsi çərçivəsində, həmçinin “Nəqliyyat və logistika” adlı XIV beynəlxalq sərgi, bir sıra beynəlxalq konfrans, seminar və dəyirmi masalar təşkil edilib. Həyata keçirilən tədbirlər hazırda ölkəmiz üçün də aktual olan mövzuların müzakirəsinə həsr olunub. Tədbirdə nəqliyyat və logistikanın inkişafında mövcud tendensiyalar, beynəlxalq nəqliyyat dəhlizləri ilə yük daşıyan sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin təmin edilməsində Avrasiya dövlətlərinin təcrübəsi, hava, avtomobil, dəmir yolu və su nəqliyyatının əsas inkişaf istiqamətləri, nəqliyyat və logistika sektorunda beynəlxalq əməkdaşlığın inkişafının əsas istiqamətləri və digər məsələlər ətrafında dünya elmi ictimaiyyəti tərəfindən fikir mübadiləsi aparılıb.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

www.bsut.by

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi