
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq görüşdə iştirak edib
20.09.2024 / Maraqlı məlumatlar
17 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Sinqapur PSA şirkətlər qrupuna daxil olan GlobalDTC Qazaxıstan şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə AR Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanov, rəis müavini Rauf Quliyev, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, GlobalDTC-nin Proqram İnkişafı şöbəsinin rəhbəri Janar Bagasharova, Layihə Koordinatoru Ayaqanım Kadrina, baş direktorun müavini Alua Satybaldieva və şirkətin gömrük İdarəsinin rəisi Maynura Shetenova iştirak ediblər.
Görüş zamanı Qazaxıstanda tətbiq edilən və Azərbaycana göndərilən konteyner yüklərinin gömrük bəyannamələrini rəqəmsallaşdıran “TEZ Gömrük” modulunun Azərbaycan Gömrük sisteminə inteqrasiyası müzakirə olunub, modulun tətbiqi ilə bağlı ilkin razılıq əldə edilib.


