
ED 1.20 Dissertasiya Şurasının elmi seminarı keçirilib
23.09.2024 / Dissertasiya şurasının iclasları
23 sentyabr 2024-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə elmi seminarının iclası keçirilib. İclasda iddiaçı Rüstəm Bakir oğlu Əzimovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Azərbaycan dilindəki mətnlərin müəllifliyini identifikasiya edən kompüter sistemi üçün alqoritm və proqram təminatının işlənilməsi" mövzusunda təqdim edilən dissertasiya işinin müzakirəsi baş tutub. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


