AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Məlumatlar “5D” yaddaş kristalları ilə əbədi olaraq saxlanıla biləcək!

24.09.2024 / Maraqlı məlumatlar

Southampton Universitetinin alimləri, 5D yaddaş kristalı sayəsində məlumatların milyardlarla il təhlükəsiz şəkildə saxlanıla biləcəyini nümayiş etdiriblər.
Southampton Universitetinin Optoelektronik Tədqiqat Mərkəzində (ORC) hazırlanmış 5D yaddaş kristalı, digər formatlardan fərqli olaraq zamanla pozulmur və 360 terabayt məlumat saxlaya bilir. Kristal, 1000°C-yə qədər yüksək temperaturlara və çətin şəraitlərə tab gətirə bilir. Kristalın quruluşu, kimyəvi və termal baxımdan ən davamlı materiallardan biri olan kvarsla eynidir. Kosmik radiasiyaya, yüksək temperaturlara və fiziki zərbələrə qarşı davamlı olan bu kristal, hətta 10 tonluq təzyiq altında belə dəyişməz qalır. Bəs bu necə işləyir? Femtosaniyə lazerlərindən istifadə edilərək, məlumatlar kristalın içinə üçölçülü bir şəbəkə şəklində yazılır. Kristalın müxtəlif təbəqələri və işığın polyarizasiyası kimi əlavə ölçülər sayəsində eyni nöqtəyə daha çox məlumat yerləşdirilə bilinir. Bu sayədə kiçik bir kristal parçası, terabaytlarla məlumatı saxlaya bilir.

Kristalın təqdim etdiyi davamlılıq və uzunömürlülük, yalnız insanlığı deyil, həm də nəsli kəsilməkdə olan bitki və heyvan növlərini gələcəkdə yenidən həyata qaytarma potensialını daşıyır. Southampton komandası bu kristalda insan genomunu uğurla saxlaya bilmişdir. İnsan genomundakı təxminən 3 milyard hərf, hər bir hərfin düzgün mövqedə olduğuna əmin olmaq üçün 150 dəfə sıralanmışdır. Hərçənd bu gün yalnız genetik məlumatdan istifadə edərək mürəkkəb canlıları sintetik şəkildə yaratmaq mümkün olmasa da, bu addımlar böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən, insan genomunun saxlanıldığı kristal Avstriyanın Hallstatt bölgəsində yerləşən bir duz mağarasındakı "İnsanlığın Yaddaşı" adlı xüsusi bir zaman kapsulunda qorunur. Kristalın içindəki məlumatların gələcəkdə insanlıqdan sonra var olacaq ağıllı bir növ və ya maşınlar tərəfindən kəşf olunma ehtimalına qarşı, içindəki məlumatların necə istifadə ediləcəyini göstərən vizual ipucları da kristala həkk olunmuşdur. Kristal üzərində, DNT molekulunun 4 əsasını (adenin, sitozin, guanin və timin) və bu əsasların molekulyar strukturları ilə birlikdə, genlərin xromosomlarda necə yerləşdiyinə dair məlumatlar da mövcuddur.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi