AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər kvant hesablamalarında mümkünsüzə nail olublar!

30.09.2024 / Maraqlı məlumatlar

Alimlər kvant məlumatının əsas vahidləri olan kubitləri qorumaq üçün lazer işığına uğurla nəzarət etməklə kvant hesablamalarında böyük irəliləyiş əldə ediblər.
Kanadanın Waterloo Universitetinin tədqiqat qrupu, kvant məlumatının struktur blokları olan qubitləri idarə etmək üçün istifadə olunan lazer işığına nəzarət etməyin bir yolunu tapıb. Bu böyük irəliləyiş, kubitlərin sıfırlanması, ölçülməsi və ya silinməsi zamanı onların təhlükəsizliyini təmin etməklə kvant elmindəki ən çətin problemlərdən birini həll edir. Əlavə olaraq, tədqiqatçılar yaxınlıqdakı ion kubitlərinə toxunmadan bir ion kubitini ölçməyi və sıfırlamağı bacarıblar. Kubitləri qorumaq kvant elmi sahəsində böyük bir maneə hesab edilir. Tək bir kubitdə edilən kiçik bir dəyişiklik qonşu kubitlərə təsir edərək məlumat itkisiylə nəticələnə bilər.

Bu kvant bitlərini qorumağın mövcud yollarının da mənfi cəhətləri var. Belə ki, bunlar tez-tez yeni səhvlər əlavə edə biləcək və səmərəliliyi azalda biləcək əlavə resurslara və ya addımlara ehtiyac duyur. Waterloo Universitetinin tədqiqatçıları bu problemi həll etməyin yolunu tapıblar. Onlar lazer işığını işləyərkən digər kubitlərlə qarışmaması üçün idarə etmək məqsədilə 2 texnologiyanı bir araya gətiriblər: ion tələsi kubitləri və şüanın holografik formalaşdırılması. Bu üsul lazer işığının hədəfə dəqiq fokuslanmasına və digər kubitlərə yayılmasının qarşısını alaraq onların təhlükəsizliyini təmin edir. Komandanın təcrübəsi böyük bir uğur hesab olunur. Tədqiqatçılar dağınıq fotonları uğurla idarə edərək məhdudlaşdıra biliblər və qonşu kubitlərin hər hansı bir pozulma və ya zərərdən qorunmasını təmin ediblər. Əvvəllər, ətrafdakı kubitlərə təsir etmədən tək bir kubiti ölçməyin demək olar ki, mümkünsüz olduğuna inanılırdı.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi