Dissertasiya işinin müdafiəsi keçirilmişdir
13.06.2017 / Dissertasiya şurasının iclasları13 iyun 2017-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 1.121 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda t.e.d., professor B.Q. Ibrahimovun rəhbərliyi ilə İsmayılova Sevinc Ramiz qızının texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə yerinə yetirdiyi “İnteqral rabitə şəbəkələrində xidməti və faydalı trafiklərin xarakteristikalarının analizi və tədqiqi” mövzusu üzrə dissertasiya işinin müdafiəsi keçirilmişdir.