AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dünya Akademik Sammitində Azərbaycanın elm və ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib

08.10.2024 / Mühüm xəbərlər
Oktyabrın 7-də dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən təşkil olunan Dünya Akademik Sammiti çərçivəsində Elm və Ali təhsil üzrə Dövlət Agentliyi və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Azərbaycan elm və ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib.
THE-nin data üzrə baş direktoru Dankn Rossun moderatorluğu ilə keçirilən panel sessiyada Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev spiker qismində iştirak ediblər.
Panel sessiyada Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsi mövzusunda çıxış edən Ülkər Səttarova müvafiq sahədə strateji hədəflər, elm və ali təhsilin inteqrasiyası, dövlət proqramlarının icrası və əcnəbi tələbələr üçün təqaüd imkanları barədə məlumat verib.
Elçin Babayev BDU-nun elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə və inkişaf strategiyasından və Universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində atılan addımlardan bəhs edib.
Suallarla davam edən panel sessiyanın 2-ci hissəsində Körfəz Elm və Texnologiya Universitetinin (Küveyt) prezidenti, spiker Bassam Alameddinin çıxışında elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində Küveyt təcrübəsi ilə müqayisədə Azərbaycanın bu istiqamətdə gördüyü tədbirlər və əldə etdiyi nəticələr müzakirə edilib.
Qeyd edək ki, panel sessiyada Kanada, Almaniya, Rumıniya, Slovakiya, Çin, Cənubi Afrika və digər ölkələrdən 50-ə yaxın nümayəndə iştirak edib. Azərbaycanın 8 qabaqcıl ali təhsil müəssisəsi sammitdə nümayəndə heyəti ilə təmsil olunub.
edu.gov.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi