AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan “Dünya Akademik Sammiti”ndə təmsil olunacaq

08.10.2024 / Maraqlı məlumatlar
Dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən Birləşmiş Krallıqda təşkil olunan “THE Dünya Akademik Sammiti”ndə Azərbaycan elm və ali təhsilinə həsr olunan panel sessiya keçiriləcək.
7-9 oktyabr tarixlərində Birləşmiş Krallığın Mançester şəhərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi tərəfindən “THE Dünya Akademik Sammiti” keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatılacağı sammitdə təhsil sahəsində aktual mövzular müzakirə olunacaq, o cümlədən “THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin rəsmi nəticələri elan ediləcək.
Sammitin ilk günü “Azərbaycanda tədqiqat əməkdaşlığının inkişafı və beynəlmiləlləşmə: Bakı Dövlət Universitetinin strategiyası” mövzusunda panel sessiya təşkil olunacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda təqdimatla çıxış edəcək. Eyni zamanda, panel sessiyada Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tərəfindən BDU-nun strateji layihələri, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə tərəfdaşlığı və Azərbaycanın beynəlxalq tədqiqat şəbəkəsinin genişləndirilməsində rolu təqdim ediləcək.
Sammitdə Azərbaycanın 8-dək qabaqcıl ali təhsil müəssisəsinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, cari ildə dünyanın bir sıra nüfuzlu reytinq cədvəllərində mövqeyini yaxşılaşdıran Azərbaycan ali təhsil müəssisələrinin “THE 2025 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə də mövqeyini gücləndirməsi gözlənilir.
edu.gov.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi