Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
15.05.2018 / Dissertasiya şurasının iclasları15 may 2018-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 1.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda f.r.e.d., professor K.B.Mənsimov rəhbərliyi ilə Hüseynzade Günay Ələkbər qızının riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 1203.01 – "Kompüter elmləri" ixtisası üzrə yerinə yetirdiyi "Diskret-kəsilməz optimal idarəetmə məsələlərində optimallıq şərtləri" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir. Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.