İlin ilk 9 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş müraciətlərin statistikası
17.10.2024 / Maraqlı məlumatlar2024-cü ilin ilk 9 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ümumilikdə 77685 müraciət daxil olub. Cari ilin son 3 ayı (iyul-sentyabr) ərzində isə bu say 34130 olub. Müraciətlər əsasən tələbələrin köçürülməsi, əlavə təhsil, tələbələrin elektron qeydiyyatı, təhsil müəssisəsinə bərpa, təhsil haqqı və digər məsələlərlə bağlıdır.
Müraciətlər vətəndaş qəbulu və çağrı mərkəzi, sosial media xidməti, eləcə də yazılı və elektron formada qəbul edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq cavablandırılıb.