YouTube real videonu süni zəka tərəfindən tərtib edilmiş videodan ayırma üsulunu işə salıb
18.10.2024 / Maraqlı məlumatlarGenerativ süni zəka daha da təkmilləşib və artıq insanların real hesab etdikləri videoları tərtib edə bilir. İstifadəçilərdə bu mövzu istiqamətində doğru olmayan təsəvvürlərin yaradılmasının qarşısını almaq üçün YouTube yeni imkanı reallaşdırıb. Belə ki, YouTube videolarında xüsusi bildiriş əks olunmağa başlayıb və əks olunan bildirişdə qeyd edilib ki, bu və ya digər video kamera vasitəsilə çəkilib. Bu bildiriş bu və ya digər videonun süni zəka tərəfindən tərtib olunmadığını əks etdirir.
Real videoların təyini üçün videoservis C2PA (Coalition for Content Provenance and Authenticity) adlı standartdan istifadə edir. Bu standart dezinformasiya və rəqəmsal kontentlərdəki saxtakarlıqla mübarizə üçün yaradılıb. O, foto, video və audio kimi media faylların mənşəylərinin təyini mexanizmlərini təklif edir. Videoservisə yüklənəcək videolar Truepic adlı rəqəmsal kontent autentifikasiya servisində yoxlanışdan keçəcəklər. Nəticədə bu və ya digər videonun süni zəka vasitəsilə tərtib olunub-olunmadığı təyin ediləcək.