AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dünyanın ilk ikiüzlü “günəş pəncərəsi” hazırlanıb!

18.10.2024 / Xəbərlər

TNO tədqiqatçıları dünyanın ilk ikiüzlü günəş pəncərəsini uğurla quraşdırıblar. Bu yeni konsepsiya, həm enerji səmərəliliyinə, həm də enerji istehsalına fokuslanaraq diqqət cəlb edir.
Niderlandın Tətbiqi Elmi Tədqiqatlar Təşkilatı (TNO) tərəfindən koordinasiya edilən tədqiqat qrupu, dünyada bir ilk olan ikiüzlü (bifacial) günəş enerjisi pəncərəsi konsepsiyasını inkişaf etdirib. Bu yeni nəsil çoxfunksiyalı pəncərə, həm elektrik istehsal edərək təmiz enerji təmin edir, həm də daxili məkanlarda həddindən artıq isinmənin qarşısını alaraq termal və vizual komfort yaradır.

Tədqiqatın baş müəllifi Simona Villa izah edir ki, “ZIEZO pəncərəsi, ikiüzlü kristal silikon günəş hüceyrə zolaqlarını ehtiva edən unikal izolyasiyalı şüşə vahidindən (IGU) və inteqrasiya olunmuş jalüz sistemindən ibarətdir”. Jalüz sistemi, istifadə olunduqda günəş şüalarını hüceyrələrin arxa səthinə yönləndirərək enerji istehsalını artırır. Villa bildirir ki, “Hazırda bazarda bina inteqrasiyası üçün ikiüzlü PV pəncərəsi mövcud deyil”.
     
Qeyd olunanlara görə, sistemin 3 müxtəlif iş rejimi var. Jalüz tamamilə bağlandıqda maksimum enerji artımı əldə edilir, açıq saxlanıldıqda isə qismən bir artım əldə etmək mümkündür. İstifadəçilər jalüz mövqeyini avtomatik tənzimləyərək enerji istehsalı ilə termal və vizual idarəetmə arasında seçim edə bilərlər. Tədqiqat, Pilkington adlı şüşə istehsalçısının dəstəyi ilə inkişaf etdirilmiş və patentləşdirilmiş bir pəncərə texnologiyası üzərində formalaşdırılıb. 12 kiçik miqyaslı prototip, müxtəlif variasiyalarla açıq havada tədqiqat məntəqəsində sınaqdan keçirilib, real ölçülü 6 pəncərə isə Pilkington-un ofis binasında istifadə edilib.
 
1 illik açıq hava monitorinqinin nəticələri bu innovativ məhsulun potensialını üzə çıxarıb. Villa-nın sözlərinə görə, ən çox əks etdirici jalüz istifadə edildikdə günəşli günlərdə anlıq enerji artımı 25%-ə qədər yüksələ bilir. Gündəlik ortalama isə bu artım təxminən 13% təşkil edir. Jalüzlərin bucağı, günəşin mövqeyi və radiasiya şəraiti enerji istehsalında vacib rol oynayır. ZIEZO pəncərələrinin enerji sıxlığı təxminən 100 W/m² olaraq ölçülüb və 40% şəffaflıq təmin edir. Villa bu məhsulun rəngli və qeyri-şəffaf günəş panelləri ilə rəqabət apara biləcəyini vurğulayır. Villa gələcəkdə məhsulun vizual komfort və daxili məkanın termal idarə olunmasına yönəldilərək daha da inkişaf etdiriləcəyini bildirib. Pilkington şirkətinin bu məhsulu bazara çıxarmağa hazırlaşdığı qeyd edilərkən, aktiv kölgələmə cihazının binalarda yaradacağı faydaların da araşdırılacağı vurğulanıb.
technote.az
Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi