AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!

21.10.2024 / Maraqlı məlumatlar

Süni intellekt inkişaf etdikdə həyatımıza müxtəlif faydaları da toxunmağa davam edir. İndi isə Harvard Universitetində çalışan alimlər, dünya tarixini dəyişdirə biləcək bir model üzərində işləyirlər.
CHIEF adlanan bu yeni süni intellekt modelinin ən diqqətçəkən xüsusiyyətlərindən biri xərçəngin diaqnostikasında göstərdiyi qeyri-adi uğurudur. Araşdırma qrupunun Nature jurnalında dərc olunan tədqiqatına görə, model 19 fərqli xərçəng növündə sınaqdan keçirilib və 96%-ə qədər dəqiqlik nisbətinə nail olub. Harvard Tibb Məktəbindən Dr. Kun-Hsing Yu-nun rəhbərlik etdiyi komanda, ChatGPT-yə bənzər bu sistemin yalnız diaqnostika ilə məhdudlaşmadığını, eyni zamanda xəstələrin həyat müddətini proqnozlaşdırdığını və müalicəyə necə cavab verəcəklərini təxmin edə bildiyini qeyd edir. CHIEF, şiş toxumasının rəqəmsal görüntülərini analiz edərək xərçəng hüceyrələrini müəyyənləşdirir və mövcud süni intellekt sistemlərindən daha əhatəli bir analiz təqdim edir.

Modelin ən diqqətçəkən tərəflərindən biri şişin genetik quruluşunu təxmin edə bilmə qabiliyyətidir. Adətən həftələrlə davam edən və bahalı olan DNT ardıcıllığını müəyyənləşdirmə proseslərinə alternativ olaraq CHIEF, mikroskopik görüntülərdən genetik dəyişiklikləri sürətlə aşkarlaya bilir. Bu xüsusiyyət, xüsusən genetik analiz imkanlarının məhdud olduğu bölgələrdə həyati əhəmiyyət daşıya bilər.

Sistem 24 fərqli xəstəxanadan toplanmış təxminən 20 mindən çox görüntü üzərində sınaqdan keçirilib. CHIEF yalnız xərçəngin aşkar edilməsində deyil, həm də şişin mənşəyini təyin etmək və müalicəyə cavab verən genləri müəyyənləşdirməkdə yüksək uğur əldə edib. Xüsusilə bəzi xərçəng növlərində, məsələn, qalxanabənzər vəzi xərçəngindəki BRAF gen mutasiyasını 89%, baş və boyun xərçənglərində isə NTRK1 gen mutasiyasını 91% dəqiqliklə müəyyən edə bilib. Bu inkişaf, xüsusən də standart müalicələrə cavab verməmək riski olan xəstələrin erkən mərhələdə müəyyən edilməsində kritik bir rol oynaya bilər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi