AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İkinci Günəş sisteminin hansı planetlərində yadplanetli həyat növünü ola biləcəyi açıqlanıb

28.10.2024 / Maraqlı məlumatlar

Hesab edilir ki, potensial yadplanetli həyat növünü ölçü baxımından Yer kürəsinə bənzəyən və qırmızı cırtdan kimi böyük olmayan ulduzun ətrafında dövr edən sərt səthli planetlərdə axtarmaq lazımdır. Qırmızı cırtdan isə Süd Yolu qalaktikasında ən çox yayılmış ulduz növüdür. Yer kürəsinə ən yaxın olan qırmızı cırtdan TRAPPIST-1-dir. O, bizim planetdən 40 işıq ili uzaqlığında yerləşir və onun ətrafında 7 ədəd sərt səthli planet dövr edir. Həmin planetlər ölçü baxımından Yer kürəsinə bənzəyirlər. Buna görə də bu ulduz sistemini çox zaman ikinci Günəş sistemi adlandırırlar.


Daha öncəki araşdırmalara əsasən TRAPPIST-1 ətrafında dövr edən planetlərdə həyat mövcud ola bilməz. Belə ki, ulduzun güclü şüalanması bu planetlərin səthlərindəki suyu tamamilə buxarlandırmalıdır. Aparılmış yeni tədqiqatın müəllifləri isə hesab edirlər ki, qırmızı cırtdan növ ulduzun ətrafında dövr edən sərt səthli planetlərin təkamül yollarındakı bəzi proseslər həmin planetlərdə həyat formasının dəstəklənməsi üçün stabil atmosferin formalaşmasına səbəb ola bilərlər. Mütəxəssislər bildiriblər ki, onların aparmış olduqları araşdırma bu cür ulduzların ətraflarındakı sərt səthli planetlərdə güclü şüalanma nəticəsində məhv olmayan atmosferin olduğuna dair əsaslar gətirir.

 

Nəticədə bu cür planetlərdə yadplanetli həyat növünün formalaşması və inkişafı üçün münbit şərait ola bilər. James Webb kosmik teleskopu vasitəsilə əldə edilmiş məlumatlar hələ ki, onu göstərirlər ki, TRAPPIST-1-ə ən yaxın məsafədə yerləşən yüksək temperaturlu sərt səthli planetlər atmosferə sahib deyillər. Bununla belə kosmik teleskop TRAPPIST-1-dən daha uzaq məsafədə yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edən sərt səthli planetlərdə qalın atmosferin olduğuna da dair sübutlar aşkar etməyib.


Tədqiqatın müəllifləri sərt səthli planetin təkamül modelini yaradıblar. Təkamül modeli 100 milyonlarla ili əhatə edib. Təkamül modelinə əsasən hidrogen və digər yüngül qazlar planetdən kosmosa uçublar. Lakin qırmızı cırtdandan daha uzaq məsafədə yerləşən və o qədər də yüksək temperatura sahib olmayan planetlərdə hidrogen oksigen və planetin dərinliklərində dəmir ilə reaksiyaya girib. Nəticədə bu proses suyun və daha ağır qazların formalaşmasına səbəb olub. Bu isə öz növbəsində atmosferin yaranmasına gətirib çıxarıb.


Bununla belə qırmızı cırtdanın ətrafında yaşayış zonası üzrə dövr edən planetlərdə su sürətlə planetin səthinə eniş edir. Onun yalnız az hissəsi kosmosa uçur. Bu tədqiqatlardan sonra alimlər hesab ediblər ki, bütün gücləri TRAPPIST-1-dən daha uzaq məsafədə yerləşən planetlərin müşahidəsinə yönləndirmək lazımdır. Belə ki, həmin planetlər qalın və stabil atmosferə sahib ola bilərlər. Alimlərin sözlərinə əsasən bu ulduz sistemində olduqca yüksək temperatura sahib planetlərdə atmosferin olmadığı dəqiqdir. Onlar bildiriblər ki, TRAPPIST-1-dən uzaq məsafədə yerləşən planetlərdən birində atmosfer aşkar edilsə, bu, onun səthində maye şəklində suyun mövcudluğuna və münbit iqlimə işarə edəcək.

 

technote.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi