
“SpaceX” şirkətinin raketi “Starlink” internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
28.10.2024 / Maraqlı məlumatlar
“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə sistemi orbital qrupunun tamamlanması üçün növbəti 22 minipeyk partiyasını uğurla orbitə çıxarıb.
“22 “Starlink” peykinin buraxılışı təsdiqlənib”, – məlumatda qeyd olunub.
Məlumata əsasən, raketin buraxılışı şənbə günü Floridada Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:47-də (Bakı vaxtı ilə bazar günü saat 01:47-də) həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.
Bildirilib ki, buraxılış çərçivəsində 19-cu dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxdəfəli pilləsi ayrıldıqdan sonra Atlantik okeandakı “Just Read The Instructions” dron-platformasına idarə olunan şaquli eniş edib.


