AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

"Gələcəklə ünsiyyət" layihəsi çərçivəsində XIV beynəlxalq konfrans keçirilib

28.10.2024 / Mühüm xəbərlər

Oktyabrın 23-də Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) və Naxçıvan Dövlət Universiteti - NDU tərəfdaşlığı və birgə təşkilatçılığı ilə "Gələcəklə ünsiyyət" layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib.
Konfransda RTÜK-ün sədr müavini Orhan Karadaş və onun rəhbərlik etdiyi nümayəndə heyəti, NDU-nun rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova iştirak ediblər.


Konfransın əsəs məqsədi Türkiyədə təhsil alan xarici tələbələrin ictimai fəaliyyətinin təşviqi, eyni zamanda rəqəmsal media və kommunikasiya dünyasında baş verən köklü dəyişikliklərə toxunaraq rəqəmsal transformasiya prosesində media sənayesinin inkişafını təhlil etmək olub. Bu xüsusda xarici tələbələr tərəfindən “Ənənəvi Radionunun Dəyişikliyi: Spotify & Podcast”, “Kütləvi İnformasiya Vasitələrində Piktoqrafik Dilin Təkamülü”, “KİV yolu ilə Mədəniyyətin Aşılanması Xüsusunda cizgi filmləri” kimi mövzularda təqdimatlar edilib.
Ümumilikdə, konfrans ali təhsilin beynəlmiləlləşməsi çərçivəsində Azərbaycanda təhsil alan yerli və xarici tələbələrlə Türkiyədə təhsil alan xarici tələbələr arasında mədəni və akademik əlaqələrin qurulması, eləcə də qarşılıqlı əlaqələrin qurulması baxımından müsbət xarakterizə edilir.


Konfransda Türkiyə Respublikasının müxtəlif ali təhsil müəssisələrində təhsil alan Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdən olmaqla, ümumilikdə 15 ölkədən 30-a yaxın xarici tələbə iştirak edib. Konfrans öz işini Türkiyənin Qars və Sarıqamış şəhərlərində davam edəcəkdir.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

 

Tweet
ELANLAR
  • 25.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 24.11.2025
    IV Beynəlxalq "Vahid Sağlamlıq: Problemlər və Həllər" adlı konfrans keçiriləcəkdir
  • 23.11.2025
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 20.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi