
Python, tarixdə ilk dəfə ən populyar proqramlaşdırma dili olub!

GitHub, milyonlarla tərtibatçının kod paylaşdığı və əməkdaşlıq etdiyi açıq mənbə platformasıdır. Platformanın illik hesabatında ən populyar proqramlaşdırma dilləri açıqlanıb.
GitHub-un illik Octoverse hesabatına görə, platform tarixində ilk dəfə Python, JavaScript-i keçərək ən populyar proqramlaşdırma dili olub. Bu dəyişiklik, süni intellekt tətbiqlərinin hazırlanmasında artan tələbat və açıq mənbəli kitabxanaların sayının çoxluğu ilə əlaqədardır. Hesabata əsasən, süni intellektlə əlaqəli layihələrə edilən töhfələr keçən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb. Xüsusilə, məhsuldar süni intellekt layihələrinə edilən töhfələr 59% artarkən, ümumi layihələrə edilən töhfələr demək olar ki, 2 qat olub. Hindistan, Almaniya, Yaponiya və Sinqapur kimi ölkələr, GitHub-da bu böyümənin əhəmiyyətli bir hissəsini təşkil edir.