İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına ekspert seçilib
01.11.2024 / Maraqlı məlumatlarAR Elm və təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, kiçik elmi işçi Lamiyə Nəcəfova Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, elm, tədqiqat və araşdırma istiqamətləri üzrə ekspert seçilib.
Qeyd edək ki, assosiasiyanın əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin əlaqələndirilməsi və müvafiq sahənin inkişafına dəstək verilməsindən ibarətdir.