Emin Əmrullayev ərəb ölkələrinin təhsil nazirləri ilə görüşüb
04.11.2024 / Mühüm xəbərlərElm və təhsil naziri Emin Əmrullayev Braziliyada keçirilən UNESCO–nun Qlobal Təhsil Görüşü tədbiri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusef bin Abdullah Al–Benyan və Birləşmiş Ərəb Əmirliklərinin təhsil naziri Sara Al-Amiri ilə görüşüb.
Görüşdə yaxın günlərdə ölkəmizdə keçiriləcək BMT–nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri barədə söhbət aparılıb.