
İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə 3-cü Beynəlxalq Şərq Konfransı keçiriləcək
18.11.2024 / Maraqlı məlumatlar
22-23 noyabr 2024-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi üzrə 3-cü Beynəlxalq Şərq Konfransı (IECHCI2024) keçiriləcək. Konfrans Türkiyənin Bahçeşehir Universiteti, Atatürk Universiteti, Sabancı Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Hibrid formatda keçiriləcək tədbirə təqdim olunan məruzələrin insan-kompüter qarşılıqlı əlaqəsində çətin və innovativ məsələlər, nəzəriyyələr, inkişaf və tətbiqlər üzrə tədqiqatları əhatə etməsi gözlənilir. Konfransda sözügedən sahədə yeni nəzəri və praktik yanaşmalar, innovativ istifadəçi interfeysi konsepsiyaları, yeni qarşılıqlı əlaqə cihazları, UX metodları, multimodal istifadəçi interfeysləri və digər məsələlər ətrafında dünya alimləri tərəfindən diskusiyalar aparılacaq.
Ətraflı məlumat üçün: hci-e.com


