AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qlobal istiləşmənin sürəti artmaqda davam edir

22.11.2024 / Maraqlı məlumatlar
Günümüzdə alimlər dayanmadan iqlim böhranı barəsində danışırlar və xəbərdarlıq edirlər ki, bu vəziyyətin nəticələri təkcə insanlar üçün deyil, bütün canlılar üçün olduqca ağır olacaq. Lakin Yer kürəsi hansı sürətlə qızır? Alimlər hesab edirlər ki, Yer kürəsi olduqca sürətlə qızmağa davam edir. 1933-cü ilin sentyabr ayında meteoroloq Joseph Kincer-in ağlına belə bir sual gəldi. Yer kürəsinin iqlimi dəyişirmi? Bütün planet üzrə təyin edilmiş temperatur göstəricilərindəki tendensiyaları analiz edərək Kincer belə qənaətə gəldi ki, planetdəki temperatur bir qədər artıb. Lakin həmin vaxtda meteoroloq bunun səbəbini açıqlamamışdı.
     
1938-ci ildə isə britaniyalı mühəndis Guy Callendar sübut etdi ki, daha öncəki 50 il ərzində Yer kürəsinin ortalama səth temperaturu 0.3 dərəcə Selsi yüksəlib. Mühəndis güman edirdi ki, temperatur artımının səbəbi kömürün yandırılması nəticəsində atmosferdəki CO2 qazı səviyyəsinin yüksəlməsindədir. Bu cür nəticə ilkin parnik effekti fərziyyəsinə əsaslanırdı. Günümüzdə mütəxəssislər çoxlu sayda yerüstü meteoroloji stansiyalar və peyklər vasitəsilə əldə edilmiş məlumatlardan istifadə edirlər. Onlar havanın proqnozlaşdırılması üçün bu məlumatları kompüter modelləşdirmələri ilə birləşdirirlər.
 
Bu öz növbəsində onilliklıər ərzində planet iqliminin günbəgün necə dəyişdiyinə dair təsviri formalaşdırmağa yardımçı olur. Aparılmış müşahidələrə əsasən son 2 il (2023 və 2024) 19-cu əsrin ortasından aparılan müşahidələr tarixinin ən isti illəri olublar. Nəticədə məlum olub ki, Yer kürəsində ortalama temperaturun 0.3 dərəcə Selsi artması üçün 100 il, 1 dərəcə Selsi artması üçün isə 60 il vaxt lazım olub. Burdan da belə bir qənaətə gəlmək olar. Yer kürəsi olduqca sürətlə qızır. Lakin planetdə baş verən qlobal istiləşmənin sürətini artıran amillər nələrdir? Alimlər ilk növbədə hesab edirlər ki, əsas səbəb insan fəaliyyəti nəticəsində atmosferə ifraz edilən parnik qazlarındadır.
     
İnsan fəaliyyəti nəticəsində atmosferə nə qədər çox miqdarda parnik qazları ifraz edilirsə, Yer kürəsində temperatur artımı bir o qədər sürətlə gedir. Təəssüflər olsun ki, ifraz olunan parnik qazları miqdarının azaldılması qlobal istiləşmənin qarşısını almayacaq. Lakin bununla belə proses bir qədər ləngiyə bilər. Alimlər hesab edirlər ki, parnik qazları ifrazı göstəricisi sıfıra düşsə, məhz o halda planetin temperaturu stabilləşə bilər. Lakin Yer kürəsinin eyni sürətlə qızmasına səbəb olmayan digər faktorlar da var. Məsələn 1970 ildən indiki zamana qədər onilliklər ərzində qlobal istiləşmənin sürəti olduqca sabit olub və 0.2 dərəcə Selsi təşkil edib.
     
Bu isə daha öncəki zaman dövrlərində olmuş nəticələrdən daha sürətlidir. Son 2 il ərzində olmuş müşahidələr qlobal istiləşmə sürətinin artmasından xəbər verirlər. Aparılmış tədqiqatlara əsasənm planet heç dıə bütün regionlarda eyni sürətlə qızmağa başlamayıb. Belə ki, quru sahə sürətlə qızdığı halda okeanlarda bu proses daha ləng gedib. Yeni məlumatlara əsasən hal-hazırda ən sürətlə qızan region Arktikadır. O, digər regionlarla müqayisədə 4 dəfə daha sürətlə qızır. Proqnozlara əsasən növbəti onillikdə planetdəki ortalama temperatur göstəricisi 1.5 dərəcə Selsi həddini keçəcək. Buna görə də planetin gələcəyi insanların yaxın illərdə atacaqları addımlardan asılı olacaq.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi