Magistrlik dissertasiyasının müdafiəsi keçirilmişdir
11.06.2018 / Xəbərlər11 iyun 2018-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 060628 - “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə magistrlik dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclası keçirilmişdir. İclasda r.ü.f.d., dos. Ə.B. Paşayevin rəhbərliyi ilə İnstitutun II kurs magistrantı Ləman Heybət qızı Məmmədovanın “Torpaqların dayanıqlı istifadəsi şərti daxilində əkin dövriyyəsinin idarəetmə modelinin və informasiya məsləhət sisteminin işlənilməsi” mövzusunda magistrlik dissertasiya işinin müdafiəsi keçirilmişdir.