İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları keçirilir
26.11.2024 / Elmi şuranın iclasları26 noyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriya və şöbələrin cari il üzrə hesabatları dinlənilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
İclasda Diskret optimallaşdırma modelləri və üsulları laboratoriyası, İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyası, Beynəlxalq əlaqələr və innovasiya şöbəsi, Tətbiqi ehtimal-statistik metodlar laboratoriyası və İctimaiyyətlə əlaqələr şöbəsinin 2024-cü il üzrə hesabatları dinlənilib.
Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.