İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
30.11.2024 / Mühüm xəbərlər29 noyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclasında bir sıra laboratoriyaların cari il üzrə hesabatları dinlənilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
İclasda Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyasının, Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi laboratoriyasının, İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının, Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyası, Biliklərin intellektual analizi laboratoriyasının, Siqnalların tanınması və intellektual analizi üsulları laboratoriyasının və İSİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının 2024-cü il üzrə hesabatları dinlənilib.
Sonda hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.