
Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb
02.12.2024 / Maraqlı məlumatlar
Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.


