
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı “Yaşıl Şuşa-Yaşıl Dünya” adlı layihədə iştirak edib
30.11.2024 / Maraqlı məlumatlar
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində “Elm” gənclərin sosial intelektual inkişafına dəstək birliyinin “Yaşıl Şuşa-Yaşıl Dünya” gənc alimlərin elmi tədqiqatlarında adlı layihə həyata keçirilmişdir. Oktyabrın 26-da sözügedən lahiyə çərçivəsində beynəlxalq konfrans keçirilib, iştirakçılara sertifikat və müxtəlif hədiyyələr təqdim edilmişdir. Konfransda AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşı Aysel Abdullayeva Master Academy Elm və Təhsil Mərkəzində ELM İB-nin sədri, r.ü.f.d. Səbuhi Abdullayev tərəfindən layihəsində “Ekologiyanın mühafizəsi” adlı məruzəsilə aktiv iştirak etdiyi üçün sertifikatla təltif olunmuşdur.
Layihənin icra planına uyğun olaraq Ağdamda Cümə məscidinə, Xankəndində Qarabağ Universitetinə və Şuşa şəhərində Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, İsa bulağı və digər abidələr ziyarət edilmişdir.


