AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Horizon 2020 qrant programı üzrə seminar

06.07.2018 / Xəbərlər

İyulun 6-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə səkkizinci çərçivə “HORİZON 2020” qrant proqramı üzrə seminar keçirildi.

Seminarı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə 8-ci çərçivə “HORİZON 2020” proqramının Avropa İttifaqı tarixində ən böyük qrant proqramı olduğunu bildirdi. Prorektor 2014-2020-ci illəri əhatə edən və büdcəsi 80 milyard avro olan bu qrant proqramından Azərbaycan alimlərinin kifayət qədər bəhrələnmədiyini təəssüflə qeyd etdi: “Ona görə də bugünkü seminarımızın əsas məqsədi dissertant və doktorantların, kafedra müdirlərinin, eləcə də kafedralarda elmə cavabdeh olan nümayəndələrin diqqətini bu layihələrə yönəltməkdir. Gələcəkdə proqramlarımızı, elmi işlərimizi, elmi istiqamətlərimizi elə qurmalıyıq ki, bu qrantlardan yetərincə bəhrələnə bilək”.

Bundan sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin rəhbəri, “HORİZON 2020” proqramının qanunvericilik və maliyyə aspekti üzrə milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020) Tofiq Babayev Avropa Komissiyasının elmi tədqiqat və innovasiya çərçivə proqramı haqqında, o cümlədən AB-nin Çərçivə Proqramlarının tarixı, yeni strategiyası və “HORİZON 2020” Çərçivə proqramı barədə geniş məlumat verdi. O, Azərbaycan alimlərinin Avropa Birliyinin ən böyük qrant proqramı olan elmi tədqiqatların texnoloji inkişaf və innovasiya proqramında iştirak edə bilməsinin reallığını xüsusiqeyd etdi.

Azərbaycan –Avropa İttifaqını nümayəndəliyinin əməliyyat şöbəsinin beynəlxalq yardım və əməkdaşlıq üzrə məsul şəxsi Pərviz Bağırov, proqramın milli koordinatorları İlham Hümbətov və Zaur Həsənov da çıxış edərək bu proqramı müxtəlif ölkələrdən olan tədqiqatçılar arasında əməkdaşlığı təşviq etmək üçün əvəzsiz proqram kimi dəyərləndirdilər.

“HORİZON 2020” proqramının səhiyyə, demoqrafik dəyişikliklər və rifah üzrə milli koordinatoru Rəhimə Qabulova 6 aydır ki, reallaşdırmağa çalışdıqları seminarın baş tutmasından məmnunluğunu söylədi. Bütün iştirakçılara təşəkkürünü bildirərək “Səhiyyə, demoqrafik dəyişikliklər və rifah” bölməsinin hansı problemləri həll etmək üçün yaradılmasına da aydınlıq gətirdi: “İlk növbədə sağlamlıq, yaşlanma və xəstəlik anlayışları, sağlam həyat tərzinin effektiv təbliği, xəstəliklərin profilaktikası, diaqnostikanın təkmilləşdirilməsi məsələləri diqqət mərkəzindədir. Eyni zamanda innovativ müalicələr, texnologiyalar, aktiv və sağlam uzunömürlülüyün təmin olunması, vətəndaşlar üçün davamlı tibbi yardım - yəni bizim işlədiyimiz sahələrin hər biri burada öz əksini tapmışdır. Bu proqram hər birinizin maraq dairənizdədir”.

İştirakçıları proqramın informasiya mənbələri ilə də tanış edən R.Qabulova layihənin 4 ilinin artıq başa çatdığını vurğulayaraq aktual çağırışlara qoşulmaqla qrant alma imkanları, bununla əlaqədar gözlənilən qaydalar və şərtlər barədə ətraflı məlumat verdi.

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi