AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google, hava proqnozunu cəmi 8 dəqiqə ərzində təxmin edə bilən süni intellektini təqdim edib!

10.12.2024 / Maraqlı məlumatlar

Google-un GenCast adlandırdığı süni intellekt modeli, superkompüterlərin saatlarla hazırladığı hava proqnozlarını cəmi 8 dəqiqədə hazırlaya bilir.
Google GenCast yüksək dəqiqlikli süni intellekt modeli olaraq təqdim edilib və hava proqnozlarına fokuslanır. Bu gün dəqiq hava proqnozları hazırlamaq çox böyük əhəmiyyət kəsb edir. Google bu məqsədlə yeni süni intellektini inkişaf etdirib. Google GenCast haqqında ilk məlumatlar Nature jurnalında dərc edilib. Google GenCast, tanıdığımız şəkil yaradan süni intellekt modellərinə bənzəsə də, Yerin geometriyasına uyğun şəkildə hazırlanıb. Model, Avropa Hava Proqnozları Mərkəzinin son 40 illik məlumatları əsasında təlim keçib və həmin mərkəzin ən dəqiq proqnoz aləti olan ENS-i 25 günlük dəqiqlik fərqi ilə qabaqlayıb.

Testlərdə Google GenCast 2018-ci ilə qədər olan hava proqnozu məlumatları ilə təlim keçib və 2019-cu il üçün 1320 müxtəlif proqnoz verib. Bu proqnozlar, ENS-in məlumatları ilə müqayisə edilib. Bütün məlumatlarda Google GenCast 97.2% daha dəqiq nəticələr verib və son 36 saatlıq proqnozlarda bu dəqiqlik 99.8% yüksəlib. Fəlakətlərdən əvvəl yerli idarəetmə orqanlarına daha çox vaxt qazandırmağı hədəfləyən Google GenCast, eyni zamanda külək elektrik stansiyalarının yaxınlığındakı külək sürətini və ya günəş enerjisi stansiyalarının üzərindəki hava şəraitini proqnozlaşdıra bilir.

Google GenCast, Google Cloud TPU v5 üzərində işləyir və fərqli ehtimallar üçün 50-dən çox proqnoz hazırlaya bilir. Onun 15 günlük bir hava proqnozunu cəmi 8 dəqiqəyə hazırladığı bildirilir. Halbuki bu müddət normalda superkompüterlərdə saatlar tələb edir. Google GenCast ictimaiyyətə açıq bir modeldir və Google artıq kodlarını paylaşmağa başlayıb. Şirkət hava proqnozu agentlikləri və alimlərlə əməkdaşlıq edərək alqoritmin daha dəqiq proqnozlar hazırlamasını təmin edəcək.

technote.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi