AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!

10.12.2024 / Maraqlı məlumatlar

OpenAI-ın uzun müddətdir gözlənilən video hazırlama aləti olan Sora nəhayət istifadəyə təqdim edilib. ChatGPT Plus və Pro istifadəçiləri artıq ultra realistik videolar yarada biləcəklər.
Detallara keçməmişdən öncə, Sora-nın hazırkı vəziyyəti ilə belə böyük təsir gücünə malik olduğunu qeyd etmək lazımdır. Həm OpenAI, həm də Sora istifadəçiləri tərəfindən paylaşılan nümunələr onu göstərir ki, artıq kino keyfiyyətində videolar süni intellekt tərəfindən hazırlana bilər. Sora, möhtəşəm realistik təsvirlə əsas xəbər bülleteni kimi görünən videolar və ya təhlükəsizlik kamerası görüntüləri yarada bilir. Bu nümunələr xüsusilə qeyd olunmalıdır, çünki bu sahədəki yüksək realistik səviyyə saxta videoların yaradılıb, sürətlə yayılmasına şərait yarada bilər. Hazırkı vəziyyətdə Sora, məhsuldar əllərdə möcüzələr yarada bilsə də, “pis” niyyətli insanların əlində yüksək səviyyədə dezinformasiyaya yol aça bilər.

OpenAI canlı yayımda Sora video hazırlama modelinin artıq tədqiqat mərhələsindən çıxaraq “sora.com” üzərindən istifadəyə açıldığını elan edib. Fevral ayında ilkin versiyası təqdim olunan Sora modeli, süni intellektlə realistik videolar hazırlamaq potensialını nümayiş etdirmişdi. İndi isə bu modelin daha inkişaf etmiş versiyası olan Sora Turbo istifadəyə verildi. Yeni versiya daha sürətli işləmə qabiliyyəti və inkişaf etmiş funksiyaları ilə seçilir. İstifadəçilər sora.com vasitəsilə mətn daxil etməklə 1080p keyfiyyətində və 20 saniyəyə qədər videolar hazırlaya bilərlər. Sora, ChatGPT Plus istifadəçiləri üçün pulsuz təqdim edilir. Bu plan, ayda 480p keyfiyyətində 50 video hazırlamaq hüququ verir. Daha yüksək keyfiyyət və əlavə funksiyalar istəyənlər üçün isə ChatGPT Pro planı 10 dəfə daha çox istifadə hüququ və 720p-dən yüksək keyfiyyət təklif edir. Xüsusi qiymət paketlərinin isə gələn ilin əvvəlində tətbiq edilməsi planlaşdırılır.

Sora, yeni bir interfeys ilə gəlir ki, bu da məzmun yaradılmasını asanlaşdırır. Storyboard adlı alət istifadəçilərə hər kadr üçün detallı məlumatlar daxil etməyə imkan verir. Eyni zamanda, format seçimləri ilə videolar geniş ekran, şaquli və ya kvadrat formatlarda hazırlana bilir. İstifadəçilər öz media fayllarını inteqrasiya edərək ya məzmunlarını genişləndirə, ya da tamamilə yeni məzmun yarada bilərlər. Sora-nın inkişafı zamanı təhlükəsizlik və etik istifadəyə xüsusi diqqət yetirilib. Məhz bu, Sora-nın istifadəyə verilməsinin bu qədər uzanmasının əsas səbəblərindən biri olub. Sora-nın yaratdığı bütün videolarda məzmunun mənbəyini şəffaf şəkildə təsdiqləyən C2PA meta məlumatları yerləşdirilib. Bundan əlavə, standart olaraq görünən su nişanları və məzmunun doğrulama alətləri kimi əlavə təhlükəsizlik tədbirləri də tətbiq edilib.
 
Xüsusilə zərərli məzmunların, məsələn, uşaqların istismarı ilə bağlı materialların və ya seksual xarakterli deepfake-lərin qarşısının alınmasına da fokuslanılıb. İnsan təsvirlərinin istifadəsinə dair məhdudiyyətlər isə təhlükəsizlik tədbirləri çərçivəsində tədricən genişləndiriləcək. Sora, bu gündən etibarən ABŞ və digər ölkələr də daxil olmaqla bir çox ölkədə ChatGPT abunəçiləri üçün aktiv vəziyyətdədir. Lakin sora.com-da ciddi sıxlığın olduğunu qeyd etmək lazımdır. Bununla yanaşı, Sora ilkin mərhələdə Avropada mövcud olmayacaq. Hazırda isə ChatGPT-nin pulsuz versiyası, Enterprise və Edu hesabları Sora-ya daxil ola bilmir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi