
Yüksək Texnologiyalar Parkı tərəfindən texnologiya transferi layihəsi həyata keçiriləcək
10.12.2024 / Maraqlı məlumatlar
Hörmətli həmkarlar,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) tərəfindən ölkəmizdə elmi tədqiqatların və patentlərin kommersiyalaşdırılması, tədqiqat nəticələrinin sənaye sektoruna inteqrasiyası və ölkəmizin qlobal innovasiya ekosistemindəki rolunun gücləndirilməsi məqsədilə dekabr ayında texnologiya transferi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində seçilmiş tədqiqatçılara ixtiralarının patentləşdirilməsi və kommersiyalaşdırılması üçün 2025-ci ildə müxtəlif dəstək formalarının göstərilməsi hədəflənmişdir.
YTP tərəfindən təqdim olunan layihədə iştirak etmək istəyən və təklif edilən imkanlarla maraqlanan tədqiqatçılar əlavə edilmiş linkə (https://forms.gle/uNyAaLmdjPCHwThj7) keçid edərək tədqiqatçıların məlumat bazasının yaradılmasına dəstək ola bilərlər.


