Azərbaycanın 3 universiteti “Times Higher Education Interdisciplinary Science” reytinqində TOP 500-də yer alır
08.01.2025 / Maraqlı məlumatlarAzərbaycanın 3 universiteti “Times Higher Education Interdisciplinary Science” (fənlərarası elm) reytinqində TOP 500-də yer alır.
Bu reytinq fənlərarası elmin dəstəklənməsi üzrə dünyanın qabaqcıl universitetlərinin siyahısını müəyyən edən ilk reytinqdir.
Universitetlərin fənlərarası elmə töhfəsini ölçən reytinqdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə təmsil olunur.