
Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü Beynəlxalq Konfrans (PLMO 2025) keçiriləcək

13-15 may 2025-ci il tarixlərində Bakı şəhərində Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri üzrə 4-cü beynəlxalq konfrans (PLMO 2025) keçiriləcək.
Konfransın təşkilatçıları:
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu;
- IEEE Azerbaijan COM/C Joint Chapter;
- Polşanın Sileziya Texnologiya Universiteti;
- Çinin Quançjou Universiteti;
- Gürcüstan Texniki Universiteti;
- Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti;
- Azərbaycan Texnologiya Universiteti.
Önəmli tarixlər:
- İştirakçıların qeydiyyatı: 15.02.2025
- Xülasələrin təqdim edilməsi: 20.02.2025
- Məqalənin tam mətninin təqdim edilməsi: 31.03.2025
- Qəbul bildirişi: 01.05.2025
- İştirak haqqının ödənilməsi: 10.05.2025
- Zəruri sənədlərin təqdim olunması: 10.05.2025
Tədbirdə Polşa, İtaliya, Gürcüstan, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimlərinin iştirakı gözlənilir.
Şərq-Qərb nəqliyyat dəhlizi keçmiş İpək Yolunun ayrılmaz hissəsi olub, regional iqtisadi əməkdaşlıq üçün yeni mexanizmlərin inkişafını tələb edən təşəbbüsdür. Üzv ölkələr arasında iqtisadi inkişafı, mədəni mübadiləni və kommunikasiyanı gücləndirir. “Bir kəmər-bir yol” konsepsiyasının ayrılmaz hissəsi olan Şərq-Qərb Dəhlizi ticarət yollarını, nəqliyyat və iqtisadi dəhlizlərini təkmilləşdirmək və yeni ticarət yolları yaratmaq məqsədi daşıyır. Şərq-Qərb Nəqliyyat Dəhlizi eyni zamanda, Avropa ilə Çini birləşdirən ən qısa ticarət yolu hesab olunur.
Konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirib Şərq-Qərb Nəqliyyat Dəhlizi ilə yüklərin daşınması üçün təchizat zəncirində olan elmi və praktiki problemləri müzakirə etməkdir.
Konfransın işçi dili - ingilis dili
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: