
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. İSİ əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar Azərbaycan tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Xalqımız Qanlı Yanvar gecəsi Sovet ordusuna qarşı sinəsini sipər edərək mərdlik nümayiş etdirdi. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız hüquqları, suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda savaşmaq əzminə malikdir.
Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və heç zaman unudulmayacaq.
Allah rəhmət etsin!