AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

"Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanmış proqram çərçivəsində bu il 300-dək alim mükafatlandırılacaq

21.01.2025 / Mühüm xəbərlər

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən ildən başlayaraq elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir. Proqram çərçivəsində ötən il 150-dək alim aylıq 1000 manatadək mükafat alırdısa, elmi ictimaiyyətdə proqrama artan maraq səbəbindən bu il 300-dək alim mükafatlandırılacaq.

Cari ildə tətbiq ediləcək hesablama qaydası dünyada ən qabaqcıl elmmetrik və bibliometrik şirkətlərdən hesab olunan “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə hazırlanıb. Hesablama qaydasında həm “Scopus”, həm də “Web of Science” bazalarında olan göstəricilər əsas götürülüb. Belə ki, yeni qaydaya əsasən, hər iki bazada son 6 il ərzində ən azı 3 məqaləsi olan müəlliflər dəyərləndiriləcəkdir.

Yanaşmada tətbiq edilən digər yenilik isə alimlərin elmi işlərinin keyfiyyətinin bir neçə meyar üzrə ölçülməsi olacaqdır. Bu göstəricilərə aşağıdakılar aiddir:

-hər iki baza üzrə elmi işlərin sahə üzrə istinad təsiri göstəriciləri;

-elmi işlərin Q1 və Q2 kvartilli jurnallarda dərc olunması;

-dünya üzrə ən oxunaqlı top 10% elmi iş siyahısında yer alması;

-həmmüəllif sayı.

Qeyd edək ki, hesablama hər ay yenidən aparılacaq və həmin ay üzrə minimal şərtlərə cavab verən alimlər mükafatlandırılacaqdır.

Mükafatlandırmanın keçirilməsində əsas məqsəd alimlərin obyektiv göstəricilərə əsasən fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

 

eatda.edu.az

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq elmi-praktik konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi