
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının davamlı inkişafı üçün əsas təkliflər müzakirə olunub

20 yanvar 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Qərarların qəbul edilməsini dəstəkləyən informasiya sistemləri laboratoriyasının müdiri, professor Ramin Rzayev CBC televiziyasının qonağı olub.
Verilişdə Yaşıl enerjinin inkişafı kontekstində Qarabağın bərpası və yenidən qurulması, Azərbaycanın tələbatını ödəmək üçün "Şəfəq" layihəsinin həyata keçirilməsi kimi bərpa olunan enerji mənbələrinin yaradılmasının əhəmiyyəti və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının davamlı inkişafı üçün əsas təkliflər müzakirə olunub.
Verilişi izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: