
İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri beynəlxalq konfransda iştirak edib
30.01.2025 / Mühüm xəbərlər
20 yanvar 2025-ci il tarixində Moskva şəhərində “Qadın ixtiraçıların, texnoloji sahibkarların II Avrasiya Konfransı” keçirilib. AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsinin müdiri, t.ü.f.d., dosent Rəna Əsədova konfransda 18 Avrasiya və 2 Respublika patentinin müəllifi kimi dəvətli qonaq qismində iştirak edib.
Qeyd edək ki, konfransın əsas məqsədi 2024-cü ildə 30 illiyi qeyd olunan Avrasiya Patent Konvensiyasının 8 üzv ölkəsindən, həmçinin BRİKS+ ölkələrindən qadın ixtiraçıları, innovatorları, texnoloji sahibkarları, tədqiqatçıları, mühəndisləri, texnologiya, yaradıcılıq, intellektual fəaliyyətin müxtəlif sahələrində çalışan qadınları bir platformada birləşdirərək mövcud problemlərin müzakirə edilməsidir.


