
“Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda Elsevier vebinarı keçiriləcək
04.02.2025 / Maraqlı məlumatlar
Fevralın 7-də tədqiqatçılar üçün “Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda vebinar keçiriləcək. Vebinar “Scopus” müəllif profillərinin tədqiqat sahəsində əhəmiyyəti, görünürlüyü və istinad sayını artırmaq üçün profilinizin optimallaşdırılması yolları, eləcə də şəbəkələşmə və əməkdaşlıq imkanları üçün müəllif profillərindən istifadə kimi mövzuları əhatə edəcək.


