AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

DeepSeek 1 həftə ərzində dünyanın ən məşhur çat-botu olub

05.02.2025 / Maraqlı məlumatlar
Çinin DeepSeek şirkəti süni zəka bazarında sürətlə mövqeyini gücləndirərək dünyada ikinci ən populyar çat-bot olub. Bir həftə ərzində platformanın trafiki 614% artaraq Gemini və Character AI-ni geridə qoyub və onun gündəlik aktiv istifadəçi kütləsi 49 milyona çatıb. Bu barədə Similarweb trafik monitorinq xidməti məlumat verib. DeepSeek-in uğuru xüsusilə əvvəlki göstəricilər fonunda diqqət çəkir. 1 ay əvvəl saytın gündəlik aktiv istifadəçi sayı cəmi 300 000 idi, lakin artıq yanvarın sonuna qədər auditoriya 33.4 milyon istifadəçiyə çatıb. Bu sıçrayış yalnız texnologiya bazarını sarsıtmaqla qalmayıb, həm də investorlar arasında narahatlıq dalğasına səbəb olub və nəticədə ABŞ texnoloji şirkətlərinin səhmlərinin ucuzlaşmasına gətirib çıxarıb.
     Xüsusilə, NVIDIA-nın səhmləri 17.8% dəyər itirib. Similarweb-in məlumatına görə, DeepSeek-in qlobal trafiki yüksək səviyyədə qalsa da, hələ də bazar lideri olan ChatGPT-dən geri qalır, çünki ChatGPT gündə 130 milyondan çox istifadəçi tərəfindən ziyarət edilir. Mütəxəssislərin fikrincə, DeepSeek-in uğurunun əsas səbəbi açıq mənbəli koda sahib V3 adlı süni zəka modelinin istifadəyə verilməsi olub, bu da dünyanın hər yerindən tərtibatçıların və şirkətlərin diqqətini cəlb edib. DeepSeek-in məlumatına əsasən V3 modelinin təlimatlandırılması 6 milyon dollara başa gəlibş. Bu, ABŞ-dakı oxşar həllərlə müqayisədə xeyli ucuzdur.
     Buna baxmayaraq, onun imkanları ChatGPT ilə müqayisə edilə bilər. Lakin vacib bir fərqi var. Bu modeli sərbəst şəkildə yükləmək və lokal serverlərdə işlətmək mümkündür. Bu xüsusiyyət, bulud xidmətlərindən asılı olmadan süni zəka texnologiyalarını tətbiq etmək istəyən təşkilatlar üçün DeepSeek-i daha cəlbedici edir. Bütün bu uğurlara baxmayaraq, DeepSeek hələ də Microsoft-un Bing axtarış sistemini üstələyə bilməyib, çünki orada OpenAI texnologiyasına əsaslanan Copilot süni zəka köməkçisi çalışır. Bununla belə, analitiklər DeepSeek-in ABŞ-da da ciddi populyarlıq qazandığını vurğulayırlar. Similarweb-in məlumatına görə:
- 28 yanvarda ABŞ-da DeepSeek-in gündəlik aktiv istifadəçi kütləsi 4.9 milyona çatıb
- Sonradan bu göstərici 2.4 milyon səviyyəsində sabitləşib, bu da bir həftə əvvəlki göstəricidən 813.3% daha yüksəkdir.
 
technote.az
 
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi