AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

EU4Digital layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir

12.10.2018 / Xəbərlər

11-12 oktyabr 2018-ci il tarixlərdə Gürcüstanın Batumi şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edə EU4Digital layihəsi çərçivəsində Elektron Ticarət üzrə İşçi Qrupunun növbəti iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov, AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının qanunvericilik və maliyyə üzrə milli təmsilçisi, elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev və Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini, EU4Digital layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri üzrə gömrük istiqamətinin əlaqələndiricisi Anar Süleymanov təmsil etmişlər.

İclasın əsas məqsədi İşçi Qrupunun Fəaliyyət Planına daxil olan layihələr üzrə ekspert qiymətləndirməsinin aparılması və 2019-2021 illər üzrə Avropa Komissiyasının elan etdiyi tender çərçivəsində həyata keçiriləcək layihələrin seçilməsi ilə bağlı müzakirələrin aparılması olmuşdur. Görüş zamanı Dövlət Gömrük Komitəsinin nümayəndəsi “Gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi” mövzusunda təqdimatla çıxış etmiş və Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı arasında müvafiq layihənin konseptual istiqamətlərini təqdim etmişdir.

İşçi Qrupunun üzvləri tərəfindən rəqəmsal nəqliyyat və loqistika dəhlizlərinin inkişaf etdirilməsi, ölkələrarası elektron ticarət platformalarının yaradılması, elektron imzaların qarşılıqlı tanınması yolu ilə ticarət və nəqliyyat sənədlərinin rəqəmsal mühitdə dövlət qurumlarına təqdim edilməsi, Şərq Tərəfdaşlığı ölkələrinin milli qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyi ilə uzlaşdırılması və s. kimi məsələlər müzakirə edilmişdir.

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi